Əsas məzmuna keç

Türkiyə səfiri İlham Əliyevə minnətdarlığını çatdırdı

Türkiyə səfiri İlham Əliyevə minnətdarlığını çatdırdı

Cahit Bağçı Prezidentlə görüşündə zəlzələ bölgəsinə göstərilən humanitar yardıma görə təşəkkür edib. Diplomatın dövlət başçısı ilə müzakirə etdiyi detallar.

en ru

15 iyul 2026-cı ildə baş verən xain addımın məqsədi Türkiyəni xaosa sürükləmək idi.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda Türkiyənin 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, FETÖ tərəfindən həyata keçirilən bu cəhdin qarşısı türk xalqı tərəfindən rəşadətlə alınıb.

"Dövlət çevrilişi cəhdini ilk andan etibarən qınayan və Türkiyənin yanında olan İlham Əliyevə və xalqına minnətdarıq. Bu prosesdə bir daha "Bir millət, iki dövlət" prinsipi nümayiş etdirildi".

Səfir deyib ki, dövlət və millət birliyi ilə FETÖ terror qruplaşmasına qarşı mübarizəsini hər zaman davam etdirəcək.

Səfir çıxışının yekununda 15 iyul gecəsində həlak olanların xatirəsini əbədi unudulmayacağını deyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…