Əsas məzmuna keç

İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı baş tutub

İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı baş tutub

Məsud Pezeşkian göstərilən humanitar dəstəyə görə təşəkkür edib. Dövlət başçısı regionda sülh və qonşu ölkədəki gərginliklə bağlı mühüm mesajlar verib. Təfərrüat:

en ru

İran Prezidenti Məsud aprelin 2-də İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.

İlham Əliyev Azərbaycanın İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.

İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.

Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.

Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…