Əsas məzmuna keç

İran səfiri İlham Əliyevə təşəkkür edib

İran səfiri İlham Əliyevə təşəkkür edib

Səfir bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşündə danışıb.O, İran ilə Azərbaycan arasında tarixi, dini və mədəni...

en ru

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu son dövrlərdə baş verən hadisələr zamanı nümayiş etdirdiyi mövqeyə görə İlham Əliyevə təşəkkür edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfir bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşündə danışıb.

O, İran ilə arasında tarixi, dini və mədəni bağların mövcudluğunu vurğulayaraq, bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

M.Dəmirçilu Azərbaycan dövləti tərəfindən edilən humanitar yardımların və göstərilən dəstəyin xüsusi əhəmiyyətə malik olduğunu, yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

R.Məmmədov ölkədə mənəvi dəyərlərin qorunması və inkişafına dövlət tərəfindən göstərilən xüsusi qayğını vurğulayaraq bildirib ki, Azərbaycanda dini-mənəvi irsin yaşadılması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Görüşdə Azərbaycan ilə İran arasında dini sahədə əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri və regionda dini sabitliyin qorunmasının əhəmiyyəti müzakirə olunub.

Həmçinin dini-elmi tədqiqatlar üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…