Əsas məzmuna keç

Səfir: Azərbaycan İrana mənəvi dəstək verir

Səfir: Azərbaycan İrana mənəvi dəstək verir

Müctəba Dəmirçilu Tehrana yola salınan 3-cü dəstək paketinin detallarını açıqladı. Rəsmi Bakı çətin günlərdə köməyi davam etdirəcəkmi? AZƏRTAC-ın xəbərində oxuyun.

en ru

Bu karvan 3-cü humanitar yardımıdır ki, Azərbaycandan İrana göndərilir. Bu, əslində xalqının və hökumətinin həmrəyliyini və dəstəyini iranlılara çatdıran bir karvandır.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

O bildirib ki, İran hazırda çətin bir dövrdən keçir. Belə bir vaxtda göstərilən dəstəyin çox böyük əhəmiyyəti var.

“Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti bu sahədə müəyyən təşəbbüslər göstərib. İlk olaraq göndərib və bu yardımların davam etdirilməsi planlaşdırılır. Bu isə onu göstərir ki, Azərbaycan öz dəstəyini davam etdirmək və həmrəyliyini bir daha nümayiş etdirmək niyyətindədir", - deyə M.Dəmirçilu vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…