Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün oxşar sistemlər yaradana qədər Rusiyanın S-400 zenit-raket komplekslərindən (SAM) istifadə etməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin “Türkiyə” qəzeti yazır.
Qəzetin yazdığına görə, türkiyəli müdafiə eksperti Turan Oğuz S-400 kimi sistemlərlə bağlı müqavilələrdə “son istifadəçi” bəndinin olduğunu və onların Rusiyanın icazəsi olmadan başqa ölkəyə satıla bilməyəcəyini qeyd edib.
Onun sözlərinə görə, S-400 hazırda NATO sistemlərinə inteqrasiya olunmayıb, lakin Türkiyə onu “öz radar şəbəkəsinə qoşub”.