Əsas məzmuna keç

Türkiyə İrana etiraz etdi: Ballistik raket gərginliyi

Türkiyə İrana etiraz etdi: Ballistik raket gərginliyi

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı ölkəsinin hava məkanına yönələn raketlə bağlı xəbərdarlıq edib.

en ru

Türkiyənin naziri ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, danışıq zamanı rəsmi Ankara İrandan atılan və Türkiyənin hava məkanına doğru istiqamət alan raketlə bağlı kəskin etirazını bildirib.

"Reuters" agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Hakan Fidan iranlı həmkarına bu cür halların qəbulolunmaz olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Tehran regionda münaqişəni daha da alovlandıra biləcək hər hansı addımdan çəkinməlidir.

Türkiyə tərəfi İran ərazisindən atılan mərmini vaxtında aşkar edərək zərərsizləşdirib. Rəsmi Ankara hadisə ilə bağlı Tehrana ciddi xəbərdarlıq ünvanlayıb. Türkiyə Milli raketin Türkiyə hava məkanına daxil olmadan öncə ələ keçirildiyini təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi İrandan buraxılan ballistik mərminin ölkə sərhədlərinə yaxınlaşarkən zərərsizləşdirilməsi barədə rəsmi məlumat yaymışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…