Operativ Məlumat Mərkəzi

Türkiyə hakimiyyəti bütün vilayətlərdə sığınacaqlar tikəcək

2 dəq
Paylaş:
Türkiyə hakimiyyəti bütün vilayətlərdə sığınacaqlar tikəcək
bu barədə NTV telekanalı məlumat yayıb . Məlumata görə, Yaxın Şərqdəki son münaqişələr fonunda mühafizə obyektlərinin tikilməsi məsələsi xüsusilə...

Türkiyə vətəndaşları müasir mülki müdafiə sistemi təmin etmək üçün 81 vilayətin hər birində sığınacaqlar yaratmaq qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb .

Məlumata görə, Yaxın Şərqdəki son münaqişələr fonunda mühafizə obyektlərinin tikilməsi məsələsi xüsusilə aktuallaşıb.

Nazirlər Kabinetinin iclasında Türkiyədə sığınacaqların olmaması və artıq tikilmiş sığınacaqların müasir meyarlara cavab verməməsi müzakirə edilib”, - deyə məlumatda bildirilir.

Ekologiya və Şəhərsalma Nazirliyi artıq layihənin icrasına başlayıb. Sığınacaqlar müharibə, təbii fəlakətlər və ya texnogen qəzalar zamanı insanları qorumaq üçün nəzərdə tutulacaq.

Proqram Ankara və bir sıra digər böyük şəhərlərdən başlayıb və sonda ölkənin bütün bölgələrini əhatə edəcək. Türkiyə qoruyucu strukturların yaradılmasında İsrail, Yaponiya və İsveçrənin təcrübəsini rəhbər tutur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər