Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə əhalisinin sayı 86 milyon nəfəri ötüb

2 dəq
Paylaş:
Türkiyə əhalisinin sayı 86 milyon nəfəri ötüb

Türkiyədə ölkə əhalisi əvvəlki illə müqayisədə 427 min 224 nəfər 86 milyon 92 min 168 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Statistika məlumat yayıb.

Statistik göstəricilərə əsasən, əhalinin 50,02 faizini (43 milyon 59 min 434 nəfər) kişilər, 49,98 faizini isə (43 milyon 32 min 734 nəfər) qadınlar edir.

Türkiyədə məskunlaşan xarici vətəndaşların sayı isə 38 min 968 nəfər artaraq 1 milyon 519 min 515 nəfərə yüksəlib.

İl və rayon mərkəzlərində yaşayanların nisbəti 93,6 faizə çatıb, kənd yerlərində yaşayanların sayı isə azalmaqda davam edir.

İstanbul 15 milyon 754 min nəfərlə ölkə əhalisinin 18,3 faizini özündə cəmləşdirir. Onu müvafiq olaraq Ankara, İzmir, Bursa və Antalya izləyir.

İstanbulun Esenyurt rayonu 1 milyon 3 min 905 nəfər əhalisi ilə Türkiyə tarixində 1 milyonluq həddi keçən ilk rayon olub.

Ölkədə demoqrafik qocalma prosesi də davam edir. Belə ki, orta yaş həddi 34,4-dən 34,9-a yüksəlib. Ən yüksək orta yaş göstəricisi Sinopda (44 yaş), ən aşağı isə Şanlıurfada (21,8 yaş) alınıb.

Əhali sıxlığına gəlincə, Türkiyə üzrə bir kvadratkilometrə düşən insan sayı 112 nəfər təşkil edib. İstanbul hər kvadratkilometrə düşən 2 min 943 nəfərlə bu sahədə liderliyini qoruyur, ən az sıxlıq isə 11 nəfərlə Tuncelidə müşahidə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax