Əsas məzmuna keç

Mariya Zaxarova Avropa Komissiyasını "kolonial məntiq"də ittiham edib

Mariya Zaxarova Avropa Komissiyasını "kolonial məntiq"də ittiham edib

Rusiya XİN-in rəsmi nümayəndəsi Avropa Komissiyasının qərargahında kondisionerlərin söndürülməsi ilə bağlı qalmaqala münasibət bildirib.

en ru

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Komissiyasını " " yürütməkdə ittiham edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə o, "Sputnik" radiosunun efirində çıxışı zamanı danışıb.

Bildirilib ki, Zaxarovanın açıqlaması Avropa Komissiyasının Brüsseldəki qərargahında anomal istilər fonunda binanın 1-7-ci mərtəbələrində kondisioner sistemlərinin söndürülməsi ilə bağlı qərardan sonra səsləndirilib.

Məlumata görə, sözügedən qərar qurum əməkdaşları arasında narazılıq yaradıb. Bildirilir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ofisi binanın 13-cü mərtəbəsində yerləşdiyi üçün bu məhdudiyyət onun iş şəraitinə təsir etməyib.

Qeyd olunub ki, Mariya Zaxarova baş verənləri Avropada tarixi köklərə malik bərabərsizlik nümunəsi kimi qiymətləndirib. O, Avropa rəsmilərinin özlərini "istisna" hesab etdiklərini iddia edərək, Avropa Komissiyasının orta əsrlərə xas "süzeren" məntiqini qoruyub saxladığını bildirib.

Zaxarovanın sözlərinə görə, qurum daxilində "ağalar və qullar" bölgüsü yanaşması hələ də mövcuddur və rəhbərlik öz rahatlığını təmin edərkən, digər əməkdaşların vəziyyətini nəzərə almır. O, bu vəziyyəti Avropa bürokratiyasının aşağı təbəqənin ehtiyaclarına laqeyd münasibətinin göstəricisi kimi qiymətləndirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…