Türkiyənin xarici işlər naziri Hakan Fidan gələn həftə Rusiyaya işgüzar səfər edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Fidanın Moskvaya işgüzar səfəri 15-17 iyun tarixlərində baş tutacaq.
"Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar, həmçinin digər ikitərəfli təmaslar planlaşdırılıb", - Zaxarova qeyd edib.