Əsas məzmuna keç

Gürcüstan DTX elektrik enerjisi kəsintisi ilə bağlı araşdırmaya başlayıb

Gürcüstan DTX elektrik enerjisi kəsintisi ilə bağlı araşdırmaya başlayıb

Tbilisidə və digər bölgələrdə işıqların sönməsi təxribat ehtimalını gündəmə gətirdi. Gürcüstanın strateji obyektlərində baş verən qəza ilə bağlı cinayət işi açılıb.

en ru

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti () 24 və 25 iyul tarixlərində ölkə miqyasında baş vermiş enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DTX-dan bildirilib.

Məlumata əsasən, araşdırma sabotaj maddəsi üzrə aparılır. Bu maddə dövlət müəssisəsinin və ya digər vacib obyektlərin normal fəaliyyətini pozmaq və ya Gürcüstanın dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə onlara zərər vurmağı və yaxud məhv etməyi nəzərdə tutur.

DTX araşdırmanın gedişatı barədə ictimaiyyəti tədricən məlumatlandıracağını vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…