Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya Mozambiklə strateji tərəfdaşlığı gücləndirir

2 dəq
Paylaş:
Rusiya Mozambiklə strateji tərəfdaşlığı gücləndirir

Lavrov Mozambikdə strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsindən danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, naziri Afrika turu çərçivəsində Mozambikin paytaxtı Maputoya rəsmi səfər edib.

Məlumata əsasən, səfər çərçivəsində Lavrov Prezidenti Daniel Çapo tərəfindən qəbul edilib, daha sonra isə ölkənin xarici işlər naziri Manuela dos Santos Lukas ilə geniş tərkibli görüş keçirib.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Lavrov Mozambiklə strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Rusiya Mozambikə xüsusilə ölkənin şimalında terrorizmə qarşı mübarizə sahəsində dəstəyini davam etdirir.

"Biz Mozambikə hərbi personalın təlimi, eləcə də zəruri silah və hərbi texnologiyaların təchizatı daxil olmaqla, müxtəlif istiqamətlərdə dəstək göstəririk", – deyə Lavrov bildirib.

Rusiya XİN rəhbəri çıxışında münaqişəsinə də toxunaraq Qərb ölkələrinin sülh danışıqları ilə bağlı mövqeyini tənqid edib. Onun sözlərinə görə, Qərb danışıqlara hazır olduğunu bəyan etsə də, əslində Rusiyaya qarşı ultimatum dili ilə danışır.

Lavrov bildirib ki, 2014, 2015, 2019 və 2022-ci illərdə əldə olunan razılaşmaların Qərb tərəfindən pozulduğunu iddia edərək, Rusiyanın artıq Qərbin yolu ilə həllə sadiq olduğuna inanmadığını deyib.

Nazir İran ətrafındakı vəziyyətə də münasibət bildirərək qeyd edib ki, problemin həlli yalnız bütün tərəflərin maraqlarını nəzərə alan geniş razılaşma ilə mümkündür. Onun sözlərinə görə, belə razılaşma İran, ABŞ, region ölkələri və mövcud gərginliyin qlobal iqtisadiyyata təsirindən zərər görən digər dövlətlərin maraqlarını da əhatə etməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax