Əsas məzmuna keç

Lavrov: Ukraynada məcburi səfərbərlik qadınlara da şamil oluna bilər

Lavrov: Ukraynada məcburi səfərbərlik qadınlara da şamil oluna bilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada küçələrdən insanların zorla cəbhəyə göndərildiyini iddia edib və yaxın vaxtlarda qadınların da səfərbərliyə cəlb oluna biləcəyini deyib.

ru en

Rusiyanın naziri Ukraynada həyata keçirilən səfərbərlik prosesini kəskin tənqid edərək, çağırış tədbirlərinin tezliklə qadınlara da şamil oluna biləcəyini iddia edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV-lər diplomatın münaqişəsinin nizamlanmasına dair səfirliklərin dəyirmi masasındakı çıxışına istinadən məlumat yayıb.

Məlumata görə, Lavrov Kiyev rejiminin insan hüquqlarına və yaşamaq hüququna hörmət etmədiyini bildirib. O, Ukrayna şəhərlərinin küçələrində kişilərin rəsmi çağırış vərəqəsi olmadan, güclə vasitələrinə mindirilərək cəbhəyə aparıldığını iddia edən kadrları xatırladıb və yaxın vaxtlarda bu təcrübənin qadınlara da tətbiq olunacağını irəli sürüb.

Rusiya XİN rəhbəri həmçinin Avropa İttifaqının Rusiya məhsulları daşıyan gəmilərə tətbiq etdiyi məhdudiyyətlərə və saxlanılmalara toxunub. Lavrov vurğulayıb ki, Rusiya dünya bazarlarına neft, taxıl və gübrə tədarükü üzrə öz öhdəliklərini yerinə yetirməyə davam edəcək. Gəmilərin saxlanılmasının yalnız Rusiyaya dəyil, məhsulların çatdırılmalı olduğu üçüncü ölkələrin iqtisadiyyatlarına və qlobal ərzaq təhlükəsizliyinə birbaşa zərər vurduğunu diqqətə çatdırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…