Əsas məzmuna keç

Lavrov: Qərb Rusiyada sabitliyi pozmağa çalışır

Lavrov: Qərb Rusiyada sabitliyi pozmağa çalışır

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Qərb dövlətlərini ölkəsindəki daxili sabitliyi pozmaqda və təxribatlar hazırlamaqda ittiham edib.

ru en

Xarici İşlər naziri Qərb ölkələrini Rusiya ilə mübarizə aparmaqda və cəmiyyəti hakimiyyətə qarşı yönəltməyə cəhd göstərməkdə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Bildirilib ki, Lavrovun sözlərinə görə, xüsusi hərbi əməliyyatın başladığı dövrdə Rusiya cəmiyyəti həyat səviyyəsindən razı, sakit və sabit şəraitdə yaşayırdı. Nazir iddia edib ki, Qərb ölkələri məhz bu vəziyyətdən narazı olub və dəyişiklik yaratmağa çalışıblar.

qeyd edib ki, Qərb dövlətləri cəmiyyətin hakimiyyətə qarşı çıxması üçün müxtəlif addımlar atıb və hazırlayıb.

"Onlar cəmiyyəti hakimiyyətə qarşı qızışdırmaq istəyirdilər və bunun üçün müxtəlif təxribatlar hazırlayırdılar", - deyə Rusiya XİN rəhbəri bildirib.

Qeyd edək ki, Sergey Lavrov daha əvvəl də Qərb ölkələrinin Rusiyaya qarşı vahid mövqe tutduğunu iddia etmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…