Əsas məzmuna keç

ABŞ hücumları beynəlxalq hüququ pozur – İran XİN

ABŞ hücumları beynəlxalq hüququ pozur – İran XİN

Tehran administrasiyası BMT Nizamnaməsinə istinad edərək, Vaşinqtonun hərbi zərbələrinə qarşı sərt cavab tədbirləri gördüyünü və suverenliyini qoruyacağını açıqlayıb.

en ru

İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkənin cənubundakı bəzi bölgələrə endirdiyi zərbələrin beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirliyin yazılı açıqlamasında ABŞ-nin son hücumlarının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə və dövlətlər arasında güc tətbiqini qadağan edən əsas beynəlxalq hüquq prinsipinə zidd olduğu vurğulanıb.

Bəyanatda qeyd olunub ki, hücumlar İranın milli suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlib.

administrasiyası özünümüdafiə çərçivəsində hücumların mənbəyi hesab edilən bölgədə yerləşən hərbi bazaları və qüvvələrinə cavab tədbirləri gördüyünü bildirib.

İran eyni zamanda region ölkələrini öz ərazilərinin İrana qarşı hücumların planlaşdırılması və dəstəklənməsi məqsədilə istifadə olunmasına imkan verməməyə çağırıb.

Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurası və BMT Baş katibini beynəlxalq və təhlükəsizliyin qorunması istiqamətində məsuliyyətlərini yerinə yetirməyə, həmçinin hücumların təşkilatçılarının cavabdehliyə cəlb olunmasını təmin etməyə səsləyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…