Əsas məzmuna keç

Dövlət Turizm Agentliyi yeni strategiyaya keçid edir

Dövlət Turizm Agentliyi yeni strategiyaya keçid edir

Dövlət Turizm Agentliyi yeni strategiyaya keçir. Səyahət sənayesində kəmiyyət yerinə keyfiyyət göstəriciləri, gəlirlilik və qonaqların məmnuniyyəti əsas götürülür.

en ru

Bu gün turizmdə uğur artıq yalnız ölkəyə gələn turistlərin sayı ilə ölçülmür.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Dövlət Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində yaşıl turizm" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, hazırda turizm sahəsində uğurun qiymətləndirilməsi meyarları dəyişir: "Azərbaycanın əsas məqsədi isə zəngin təbii və mədəni irsi yalnız təqdim etmək deyil, həm də onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir".

Sədr qeyd edib ki, Dövlət Turizm Agentliyi tərəfindən dayanıqlı turizmin inkişafı istiqamətində mühüm addımlar atılır: "Bu çərçivədə təbiət əsaslı turizm marşrutlarının inkişafı, həmçinin ekoturizm və aqroturizm istiqamətlərinin genişləndirilməsi prioritetlər sırasındadır. Qlobal iqlim dəyişiklikləri fonunda turizm sektorunun gələcəyi sağlam ətraf mühitin qorunmasından, təbii sərvətlərdən səmərəli istifadədən və dayanıqlı inkişaf prinsiplərinin tətbiqindən asılıdır".

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…