Misli Premyer Liqasının XII turunda “Turan Tovuz” səfərdə “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib.
Şamaxı şəhər stadionunda keçirilən görüşdə hesabı 34-cü dəqiqədə Joarlem Santos açıb. İbrahima Vadji 88-ci dəqiqədə fərqi artıraraq Tovuz komandasının qələbəsini rəsmiləşdirib.
XII turun günün ikinci oyununda “Şəfa” “Qəbələ”ni qəbul edəcək. “SOCAR Polymer Arena”da keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Turun ilk oyun günündə “İmişli” ilə “Zirə” 2:2 hesablı heç-heçə edib, “Sabah” isə səfərdə “Sumqayıt”a 5:1 hesabı ilə qalib gəlib. XII tura noyabrın 22-də yekun vurulacaq.