Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp: “NATO-nun mövqeyi məndə böyük məyusluq yaradır”

3 dəq
Paylaş:
Tramp: “NATO-nun mövqeyi məndə böyük məyusluq yaradır”

ABŞ Prezidenti Ağ Evdə İrlandiyanın Mişel Martini qəbul edərkən jurnalistlərə Yaxın Şərqdəki son vəziyyətlə bağlı mühüm açıqlamalar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp xüsusilə Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi məsələsində Avropadan gözlənilən hərbi dəstəyin alınmadığını vurğulayıb.

O, NATO müttəfiqlərinin bu sınaqdan keçə bilmədiyini və bu vəziyyətin onda böyük məyusluq yaratdığını bildirib.

qeyd edib ki, ABŞ boğazı ticarət üçün açıq saxlamaq gücünə sahibdir və heç kimin köməyinə möhtac deyil.

Lakin buna baxmayaraq, alyans üzvlərinin regionda məsuliyyət bölüşməli olduğunu xatırladıb. Trampın sözlərinə görə, İranla bağlı məsələlərdə Avropa siyasi cəhətdən Vaşinqtonu dəstəkləsə də, iş hərbi müstəviyə keçdikdə müttəfiqlər geri addım atıblar.

O, Ukrayna böhranında alyansa göstərilən böyük dəstəyin qarşılığını İran məsələsində görmədiklərini və NATO-nun bu mövqeyi ilə böyük səhvə yol verdiyini müdafiə edib.

Hörmüz boğazının təhlükəsizliyi barədə danışan Tramp, yalnız regional aktorların — Qətər, , Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İsrailin Vaşinqtona güclü dəstək verdiyini diqqətə çatdırıb.

O, İranın hərbi gücünün əhəmiyyətli dərəcədə zəiflədilməsinə baxmayaraq, Tehranın dəniz minaları vasitəsilə təxribat törətmə ehtimalının qaldığını deyib. Tramp Avropa ölkələrindən ən azı minalanmış ərazilərin təmizlənməsi üçün gəmilər istədiklərini, lakin bu müraciətin də cavabsız qaldığını bildirib.

ABŞ-nin NATO-dan çıxmaq ehtimalı ilə bağlı sualı cavablandıran Tramp, Vaşinqtonun alyans üçün trilyonlarla dollar xərclədiyini xatırladıb. O, bu məsələnin mütləq yenidən nəzərdən keçirilməli olduğunu vurğulayaraq, ittifaqdan ayrılmaq üçün Konqresin razılığına ehtiyac duymadığını və bu səlahiyyətin birbaşa prezidentə məxsus olduğunu qeyd edib. Bununla belə, Tramp hazırda belə bir planının olmadığını da əlavə edib.

OMM Redaksiyası

Redaksiya heyəti

OperativMMM.az xəbər portalının redaksiya heyəti. Azərbaycanda və dünyada baş verən hadisələri operativ şəkildə işıqlandırırıq. Doğru, qərəzsiz və etibarlı xəbə...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax