Əsas məzmuna keç

İsrailin Beyruta hava zərbələri nəticəsində 6 nəfər həlak olub

İsrailin Beyruta hava zərbələri nəticəsində 6 nəfər həlak olub

Livanın paytaxtı Beyruta endirilən hava zərbələri nəticəsində onlarla mülki şəxs xəsarət alıb.

en ru

Livanın paytaxtı şəhəri çərşənbə günü sübh saatlarında İsrail hərbi hava qüvvələrinin hücumuna məruz qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, həyata keçirilən iki hava zərbəsi nəticəsində ciddi itkilər qeydə alınıb.

Hücum nəticəsində azı 6 mülki şəxs həyatını itirib. Yaralanan 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Zərbələr şəhərin yaşayış məntəqələrinə ciddi ziyan vurub.

Hazırda hadisə yerində xilasetmə işləri davam edir və xəsarət alanların vəziyyəti nəzarətdə saxlanılır. Regionda gərginlik artmaqda davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…