Əsas məzmuna keç

İsrailin Livana hava hücumları nəticəsində 11 nəfər həlak olub

İsrailin Livana hava hücumları nəticəsində 11 nəfər həlak olub

İsrail ordusunun Livanın paytaxtı və ətraf ərazilərə endirdiyi zərbələr nəticəsində onlarla insan yaralanıb.

en ru

İsrail hərbi hava qüvvələrinin Livanın paytaxtı və onun ətrafındakı yaşayış məntəqələrinə təşkil etdiyi hava hücumları nəticəsində ciddi itkilər qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Səhiyyə Nazirliyinin yaydığı rəsmi məlumata görə, cümə axşamı səhər saatlarında həyata keçirilən bombardmanlar zamanı ən azı 11 nəfər həyatını itirib, 32 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücumlar əsasən paytaxt Beyrut və ətraf rayonları hədəf alıb. Yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanalara təxliyə edilib. Bölgədə infrastrukturun ciddi zərər gördüyü bildirilir.

Hazırda ərazidə xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna olunmur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…