Əsas məzmuna keç

Tripolidə toqquşmalarda ən azı 6 nəfər yaralanıb

Tripolidə toqquşmalarda ən azı 6 nəfər yaralanıb

Tripolidə şiddətli toqquşmalar başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir kİ, bu barədə Liviyanın " " agentliyi məlumat yayıb.

Tripolinin Milli Razılıq Hökumətinin Daxili İşlər Nazirliyi yerli əhalini öz evlərində qalmağa çağırıb.

“Daxili İşlər Nazirliyi Misrata Briqadasının dəstəklədiyi 444-cü Döyüş Briqadası ilə Təhlükəsizlik və Sabitliyin Qorunması Aparatı arasında davam edən toqquşmalara görə Tripolinin bütün sakinlərini evdə qalmağa və öz təhlükəsizlikləri üçün çıxmamağa çağırır”, – agentlik Daxili İşlər Nazirliyindən sitat gətirir.

Məlumata görə, toqquşmalar baş qərargah rəisi Abdelqani əl-Kiklinin öldürülməsindən sonra başlayıb.

Toqquşmalarda ən azı 6 nəfər yaralanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…