Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Trampın İranla bağlı sərt çıxışları razılaşmaya mane olur

2 dəq
Paylaş:
Trampın İranla bağlı sərt çıxışları razılaşmaya mane olur

ABŞ Prezidenti Donald Trampın İrana qarşı ritorikasının münaqişənin sona çatdırılması yolunda ciddi problem yarada biləcəyi bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın açıqlamaları və “Truth Social” platformasındakı paylaşımları bəzi ABŞ və rəsmiləri arasında narahatlıq yaradıb.

Mənbələr bildiriblər ki, tərəflər hazırda “nüfuzlarını qorumağa” çalışırlar, lakin ABŞ Prezidentinin “hər şeyi qazanmaq” istəyi prosesi çətinləşdirə bilər.

Adı açıqlanmayan ərəb rəsmisi qeyd edib ki, İranla münaqişənin bitməsini istəyir, lakin Tehranın da öz mövqeyini və nüfuzunu qorumağa çalışdığını nəzərə almır.

ABŞ-nin Səudiyyə Ərəbistanındakı keçmiş səfiri və Vaşinqtonun Suriya üzrə sabiq xüsusi nümayəndəsi Mişel Ratney isə hesab edir ki, danışıqlar dövründə Tramp İran barədə ictimai açıqlamalar verməməlidir.

O bildirib ki, danışıqlar yekunlaşana qədər “tvitlər, ictimai şərhlər, təhdidlər və ya iltifatlar” olmamalıdır.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı əməliyyatlara başlayıb. Aprelin 7-də isə Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

İran tərəfinin məlumatına görə, 40 gün davam edən qarşıdurma zamanı ABŞ və İsrailin hücumları nəticəsində 3375 iranlı həlak olub.

Aprelin 11-də və Vaşinqton nümayəndə heyətləri İslamabadda danışıqlar aparsalar da, tərəflər fikir ayrılıqları səbəbindən uzunmüddətli razılığa gələ bilməyiblər.

Daha sonra, aprelin 21-də Tramp atəşkəsi uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyası isə Tehranın ABŞ-nin birtərəfli atəşkəs uzadılması qərarını tanımayacağını və öz maraqlarına uyğun hərəkət edəcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax