Əsas məzmuna keç

Trampın "doğum turizmi"ni qadağan edən fərmanı müvəqqəti ləğv edildi

Trampın "doğum turizmi"ni qadağan edən fərmanı müvəqqəti ləğv edildi

Merilend ştatının məhkəməsi ABŞ Konstitusiyasının 14-cü düzəlişinə istinad edərək, hakim Debora Bordmanın qərarı ilə yeni miqrasiya qadağasını bloklayıb.

en ru

ABŞ-nin Merilend ştatında federal dairə məhkəməsi ötən gün administrasiyasının doğuşla hüququnu məhdudlaşdırmağa yönəlmiş fərmanını həyata keçirmək cəhdini müvəqqəti dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sözügedən ABŞ-da "doğuş turizmi"nin qarşısını almağı nəzərdə tutur.

Donald Tramp 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra ABŞ-də doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsi qaydasını ləğv etməyə və ya məhdudlaşdırmağa çalışır.

ABŞ Ali Məhkəməsi iyunda Trampın doğuşla vətəndaşlıq hüququnu ləğv etmək istiqamətində ilk cəhdini rədd etdikdən sonra prezident avqust ayında daha sərt məzmunlu yeni fərman imzalayıb.

Ötən gün ABŞ dairə məhkəməsinin hakimi Debora Bordman Tramp administrasiyasının yeni fərmanı icra etmək cəhdini müvəqqəti olaraq bloklayıb.

Hakim bildirib ki, iddiaçıların fərmanın ABŞ Konstitusiyasının 14-cü düzəlişi ilə təmin olunan hüquqlarını pozduğunu sübut etmək ehtimalı yüksəkdir. Sözügedən düzəliş ABŞ ərazisində doğulan bütün şəxslərə vətəndaşlıq hüququnu təmin edir.

Məhkəmənin qərarı yekun deyil. İş üzrə araşdırma davam edir.

ABŞ-də doğuşla vətəndaşlıq hüququnu təsbit edən konstitusiya düzəlişi ölkədə Vətəndaş müharibəsindən sonra qəbul edilib. Bu düzəliş 1857-ci ildə ABŞ Ali Məhkəməsinin afroamerikalıları vətəndaşlıq hüququndan məhrum edən qərarını faktiki olaraq aradan qaldırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…