Əsas məzmuna keç

Trampın 2006-cı ildə Epşteynə qarşı ifadə verdiyi məlum olub

Trampın 2006-cı ildə Epşteynə qarşı ifadə verdiyi məlum olub

ABŞ prezidenti Donald Trampın hələ illər əvvəl maliyyəçi Ceffri Epşteynin cinayətləri barədə polisə məlumat verdiyi üzə çıxıb.

en ru

Prezidenti hələ 2006-cı ildə amerikalı maliyyəçi və cinayətkar Epşteynin qanunsuz əməlləri barədə polisə məlumat verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Miami Herald" nəşri ABŞ Ədliyyə Nazirliyinin materiallarına istinadən xəbər yayıb.

Federal Təhqiqat Bürosunun (FTB) hesabatına görə, 2006-cı ilin iyulunda, Epşteynə qarşı yetkinlik yaşına çatmayanların istismarı ilə bağlı ittihamlar irəli sürüldüyü vaxtda Palm-Biç rəisi Maykl Reyterə zəng edib.

Siyasətçi maliyyəçinin saxlanılmasına münasibət bildirərək:

"Şükürlər olsun ki, onu dayandırdınız, hamı onun bu işlərlə məşğul olduğunu bilirdi", - deyə qeyd edib.

Tramp həmçinin Epşteynin köməkçisi Qislen Maksvell haqqında da kəskin danışıb. O, Maksvelli "şər" adlandırıb və polisin diqqətini məhz onun üzərinə cəmləməli olduğunu vurğulayıb.

Məqalədə qeyd olunur ki, Tramp Reyterə bir dəfə Epşteynin yanında yeniyetmələrin olduğunu gördüyünü və dərhal oradan uzaqlaşdığını bildirib. Bundan əlavə, siyasətçi Epşteyni özünə məxsus "Mar-a-Lago" klubundan qovduğunu da xatırladıb.

Xəbərdə o da qeyd olunur ki, insan alverinə görə məhkum edilmiş Qislen Maksvell vəkili vasitəsilə Trampa sövdələşmə təklif edib. İddiaya görə, Maksvell əfv olunacağı təqdirdə prezidentin adını Epşteynlə bağlı bütün ittihamlardan təmizləyəcəyinə dair vəd verib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…