Əsas məzmuna keç

Epşteynin ortağı Trampa sövdələşmə təklif etdi

Epşteynin ortağı Trampa sövdələşmə təklif etdi

Məşhur maliyyəçi Ceffri Epşteynin ortağı Gislen Maksvell ABŞ Prezidenti Donald Trampa əfv müqabilində gizli məlumatları açıqlamağı vəd edib.

en ru

Məşhur maliyyəçi Epşteynin cinayət ortağı kimi tanınan və insan alverinə görə məhkum edilmiş Gislen ABŞ Prezidenti Trampa maraqlı bir təklif irəli sürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" CNN telekanalına istinadən xəbər verir ki, Maksvell vəkili Devid Oskar vasitəsilə Trampa təklif edib.

Vəkilin sözlərinə görə, Maksvell prezidentə aydın şəkildə çatdırıb ki, əgər o, əfv olunarsa, Epşteyn işi ilə bağlı Trampa qarşı irəli sürülən bütün ittihamları təkzib edəcək və onun adını tamamilə təmizə çıxaracaq.

"Xanım Maksvell, Tramp onu əfv edəcəyi təqdirdə, hər şeyi açıq və dürüst şəkildə danışmağa hazırdır", - deyə hüquqşünas məhkəmə prosesi zamanı bildirib.

Bundan əlavə, Maksvell məhkəməyə Epşteynin dostları və əlaqələri barədə yeni vəsatət təqdim edib.

O iddia edir ki, aralarında dörd cinayət ortağının da olduğu 29 nəfər bu qalmaqallı işlə bağlı hakimiyyət orqanları ilə "gizli razılaşmalar" əldə edib.

Qeyd edək ki, Maksvell hazırda Epşteynin cinayət şəbəkəsindəki fəaliyyətinə görə uzunmüddətli həbs cəzası çəkir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…