Əsas məzmuna keç

Tramp Zelenski və Netanyahu ilə regional təhlükəsizliyi müzakirə etdi

Tramp Zelenski və Netanyahu ilə regional təhlükəsizliyi müzakirə etdi

ABŞ-ın keçmiş prezidenti Vaşinqtonda Ukrayna və İsrail liderləri ilə ayrı-ayrılıqda müzakirələr aparıb.

ru en

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Prezidenti Volodimir Zelenski və İsrailin Benyamin ilə keçirdiyi görüşləri müsbət qiymətləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp görüşlər zamanı Ukraynanın müdafiə ehtiyacları, ilə mümkün sülh danışıqları, eləcə də Yaxın Şərqdəki son vəziyyətin müzakirə olunduğunu bildirib.

Bildirilib ki, Donald Tramp Benyamin Netanyahu ilə keçirdiyi görüşdən sonra "Truth Social" platformasında paylaşım edərək danışıqların uğurlu keçdiyini və bir sıra mühüm məsələlərin müzakirə edildiyini qeyd edib. İsrail tərəfi də görüşü yüksək qiymətləndirib.

Məlumata görə, Volodimir Zelenski ilə keçirilən görüşdə Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi, o cümlədən "Patriot" raketlərinin lisenziya əsasında Ukraynada istehsalı məsələsi müzakirə olunub. Tərəflər həmçinin Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla başa çatdırılması imkanlarını nəzərdən keçiriblər.

Qeyd olunub ki, bu görüşlər Vaşinqtonun həm Ukraynadakı müharibə, həm də Yaxın Şərqdəki gərginliklə bağlı tərəfdaşlarla koordinasiyanı davam etdirmək niyyətini nümayiş etdirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…