Əsas məzmuna keç

Tramp və Netanyahu arasında telefon danışıqları gərgin keçib

Tramp və Netanyahu arasında telefon danışıqları gərgin keçib

Ağ Ev və İsrail rəhbərliyi arasında soyuq küləklər əsir. Trampın Livan və İranla bağlı hərbi əməliyyatlara etirazı WSJ-nin gündəmini necə dəyişdi? Detallar...

ru en

ABŞ Prezidenti Tramp ilə İsrailin Benyamin arasında son dövrlərdə keçirilən danışıqları əvvəlki qədər dostcasına olmayıb və gərgin keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp ABŞ iqtisadiyyatına mənfi təsir göstərən İsrail–İran qarşıdurmasının başa çatdırılmasına çalışarkən, Netanyahunun daha sərt hərbi addımlar atmaq tələbindən narazılıq ifadə edib.

Qəzetin yazdığına görə, Livanla bağlı son telefon danışıqlarından birində Tramp Netanyahuya, “Niyə binaları partladırsınız? Binaları partlatmağı dayandırın”, - deyə müraciət edib.

Xəbərdə adı açıqlanmayan bir mənbə iddia edib ki, Netanyahu digər görüşlərdə də keçmiş təcrübələrə əsaslanaraq iranlılara etibar edilməməsi lazım olduğunu vurğulayıb.

ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndələrindən biri isə Netanyahu tərəfindən daha çox hərbi əməliyyatların aparılması üçün israr göstərildiyini, Trampın isə bundan yorulduğunu bildirib.

Mənbənin sözlərinə görə, Netanyahu tez-tez İsrail kəşfiyyatının hansı hədəfi nə vaxt vuracağını və bunun niyə vacib olduğunu ABŞ prezidentinə izah edir, Tramp isə bu arqumentləri dinləyir.

İddialarla bağlı sorğulara İsrail Baş Nazirinin Ofisi cavab verməyib.

Ağ Ev rəsmisi isə bildirib ki, Trampın Netanyahu və İsraillə əla tərəfdaşlığı mövcuddur, lakin heç bir ölkə və ya lider Trampa hər hansı addımı atması üçün təzyiq göstərə bilməz.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…