ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin liderləri üçün təşkil olunan şam yeməyində daha müsbət əhval-ruhiyyədə olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Trampın tədbirdəki davranışı onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi son görüşdən fərqlənib. Həmin görüş zamanı ABŞ lideri müttəfiqlərini İranla bağlı yaranmış gərginlik fonunda kifayət qədər dəstək göstərməməkdə tənqid etmişdi.
Şam yeməyi zamanı Donald Tramp Almaniya kansleri Fridrix Merçin həyat yoldaşı Şarlotta Merçlə eyni masada əyləşib. Bildirilir ki, tərəflər həm siyasi, həm də şəxsi mövzularda söhbət aparıblar. Daha sonra söhbətə kanslerin özü də qoşulub.
Fridrix Merzin bu görüşdən istifadə edərək Almaniyanın müdafiə xərcləri və İran məsələsi ilə bağlı yaranmış fikir ayrılıqlarından sonra ABŞ Prezidenti ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı qeyd olunur.
Məlumata görə, şam yeməyində ümumi atmosfer dostyana olub. Tramp İtaliyanın Baş naziri Corciya Meloni ilə də təmaslar qurub. Daha əvvəl tərəflər arasında Fransada keçirilən "G7" sammitindən sonra bəzi fikir ayrılıqları yaranmışdı.
Qeyd edək ki, NATO müttəfiqləri əvvəlcə Donald Trampın Ankara sammitinə razılaşma əldə etmək məqsədi ilə gələcəyini gözləsələr də, ABŞ liderinin alyansın gələcəyi ilə bağlı daha sərt mövqe nümayiş etdirməsi diqqət çəkib.