Əsas məzmuna keç

Tramp Türkiyədən qayıdarkən təyyarəsini gizli şəkildə dəyişib

Tramp Türkiyədən qayıdarkən təyyarəsini gizli şəkildə dəyişib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO sammitindən qayıdarkən gizli şəkildə fərqli təyyarədən istifadə etdiyi məlum olub.

en ru

ABŞ Prezidenti Trampın ötən ay Türkiyədə keçirilən NATO sammitindən təhlükəsizlik məqsədilə təyyarəsini gizli şəkildə dəyişdiyi bildirilir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyədən ayrılarkən əsas təyyarəsi olan “”dan başqa bir hava gəmisinə keçirilib.

Bildirilir ki, “Air Force One” bu əməliyyat zamanı yayındırıcı vasitə kimi (“decoy”) istifadə olunub. Belə ki, prezidentin daha təhlükəsiz hesab edilən digər təyyarə ilə uçduğu, rəsmi prezident təyyarəsinin isə diqqəti yayındırmaq məqsədilə boş şəkildə uçuş həyata keçirdiyi qeyd olunur.

Mənbələr bu addımın Trampın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən yüksək səviyyəli təhlükəsizlik tədbirlərinin bir hissəsi olduğunu bildiriblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…