Əsas məzmuna keç

Cənubi Koreyada 10 ildən sonra ilk dəfə bu xəstəlik qeydə alındı

Cənubi Koreyada 10 ildən sonra ilk dəfə bu xəstəlik qeydə alındı

Cənubi Koreyada 2016-cı ildən sonra ilk dəfə vəbaya yoluxma halı aşkarlanıb. Bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, noyabrın əvvəlində...

en ru

Cənubi Koreyada 2016-cı ildən sonra ilk dəfə vəbaya yoluxma aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, noyabrın əvvəlində ölkənin cənub-şərqində yerləşən liman şəhəri Çanvondakı xəstəxananın təcili tibbi yardım şöbəsinə qusma və ishal əlamətləri ilə müraciət edib. Noyabrın 17-də isə xəstə sağalaraq xəstəxanadan evə buraxılıb.

Hazırda tibb işçiləri infeksiyanın mənbəyini müəyyənləşdirməyə, həmçinin xəstə ilə təmasda olan şəxsləri aşkar etməyə çalışırlar.

Qeyd edək ki, Cənubi Koreyada vəbanın son üç yoluxma halı 2016-cı ildə qeydə alınıb. Həmin vaxt yoluxmaların çirklənmiş dəniz məhsullarının istehlakı ilə əlaqəli olduğu bildirilmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…