Əsas məzmuna keç

Tramp Makronun Parisdə görüş təklifini rədd etdi

Tramp Makronun Parisdə görüş təklifini rədd etdi

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Parisdə G7 formatında görüş keçirmək təklifinə mənfi cavab verib.

en ru

ABŞ Prezidenti Fransanın Emmanuel Makronun Parisdə "Böyük Yeddilik" (G7) ölkələrinin iştirakı ilə görüş keçirmək təklifini qəbul etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağ Evdə keçirilən zamanı Tramp bu səfərin baş tutmayacağını qəti şəkildə bildirib.

O, qərarını Fransadakı siyasi vəziyyət və Makronun hakimiyyət müddəti ilə əlaqələndirib:

"Xeyr, mən oraya getməyəcəyəm. Çünki Emmanuel orada uzun müddət qalmayacaq və orada sabitlik yoxdur", - deyə Tramp qeyd edib.

ABŞ lideri həmçinin əlavə edib ki, Makronla şəxsi dostluq münasibətləri olsa da, o, prosesə birbaşa cəlb olunmuş şəxslərlə görüşməyə üstünlük verir.

Xatırladaq ki, yanvarın 22-də Parisdə G7 ölkələrinin görüşünü təşkil etməyi, həmçinin bu tədbirə və Ukraynanı da dəvət etməyi təklif etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…