Əsas məzmuna keç

Makron: Fransa Hörmüz boğazındakı hərbi əməliyyatlarda iştirak etməyəcək

Makron: Fransa Hörmüz boğazındakı hərbi əməliyyatlarda iştirak etməyəcək

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı hərbi koalisiya təklifini rədd edərək, ölkəsinin münaqişə tərəfi olmadığını bəyan edib.

ru en

Fransa Prezidenti ABŞ Prezidenti Donald Tramp tərəfindən Hörmüz boğazının təhlükəsizliyini təmin etmək və İrana qarşı birgə addım atmaq məqsədilə müttəfiqlərə edilən çağırışına mənfi cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Milli və Müdafiə Şurasının iclasından əvvəl çıxış edən , rəsmi Parisin regiondakı gərginliklə bağlı qəti mövqeyini açıqlayıb.

Fransanın bölgədə müdafiə mövqeyində olduğunu və əsas prioritetlərinin yalnız öz vətəndaşlarını və müttəfiqlərini qorumaq olduğunu vurğulayıb.

"Fransa mövcud münaqişənin tərəfi deyil. Rəsmi Paris Hörmüz boğazının açılması və ya "azad edilməsi" üzrə hərbi əməliyyatlara qətiyyən qoşulmayacaq. Güc tətbiq etməklə hərbi dəhliz açılması cəhdləri qəbuledilməzdir".

Bununla belə, Makron gəmilərin təhlükəsizliyi üçün alternativ plan təklif edib. O bildirib ki, hava hücumlarının əsas mərhələsi başa çatdıqdan sonra, müharibə əməliyyatlarından tamamilə asılı olmayan bir "müşayiət sistemi" qurmağa hazırdırlar.

Bu sistemin diplomatik danışıqlar və gərginliyin azaldılmasına yönəlmiş addımlarla paralel şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…