ABŞ-nin sabiq prezidenti Donald Tramp özünün sosial media hesabında Şimali Atlantika Alyansı (NATO) ilə bağlı kəskin fikirlər səsləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, siyasətçi bildirib ki, heç bir dövlət başçısı təşkilatın inkişafı üçün onun qədər səy göstərməyib.
Trampın sözlərinə görə, onun prezidentliyi dövründə atdığı addımlar olmasaydı, NATO artıq fəaliyyətini dayandırmışdı.
"Əgər mən gəlməsəydim, hazırda NATO olmazdı! Alyans tarixin arxivinə gömülərdi. Bu, acı da olsa, bir həqiqətdir!"
Xatırladaq ki, Donald Tramp hakimiyyəti illərində NATO-ya üzv dövlətləri hərbi xərcləri artırmağa məcbur etmək üçün onları tez-tez tənqid atəşinə tuturdu.