Operativ Məlumat Mərkəzi

Donald Tramp Somalini dövlət hesab etmir

2 dəq
Paylaş:
Donald Tramp Somalini dövlət hesab etmir
ABŞ Prezidenti Donald Tramp Somalini dünyanın ən geri qalmış ölkəsi adlandıraraq, orada dövlətçilik institutlarının olmadığını iddia edib.

ABŞ Prezidenti Tramp Ağ Evdə keçirdiyi zamanı Somali barədə qalmaqallı açıqlamalar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Amerika lideri bu ölkəni müstəqil dövlət kimi tanımadığını və oradakı vəziyyətin acınacaqlı olduğunu bildirib.

Tramp öz çıxışında əslən Somalidən olan Konqres üzvü İlhan Ömarı tənqid edərkən bu ölkənin idarəetmə sistemini hədəf alıb.

O, Somalinin tamamilə korrupsiyaya uğradığını vurğulayaraq bu fikirləri səsləndirib:

"Bura ölkə deyil. Onların hökuməti, heç bir şeyi yoxdur. Bu, geri bir yerdir, bəlkə də dünyanın ən pis ölkəsidir. Əgər bura ümumiyyətlə ölkə demək mümkündürsə. Orada heç bir təşkilatlanma yoxdur. Nə polis, nə də silahlı qüvvələr mövcuddur".

Qeyd edək ki, Donald Trampın bu bəyanatları ictimaiyyətdə və diplomatik dairələrdə geniş müzakirələrə yol açıb. Somalinin dövlət strukturundan məhrum olduğunu və xaotik bir məkan olduğunu iddia edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax