Əsas məzmuna keç

Trampın olduğu tədbirdə atışma baş verib

Trampın olduğu tədbirdə atışma baş verib

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “Hilton” hoteldə keçirdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub. Zalda əvvəlcə güclü...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ Prezidenti Vaşinqtonda “Hilton” hoteldə keçirdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir ki, zalda əvvəlcə güclü partlayışlar baş verib bundan sonra isə izdiham yaşanıb.

Tədbirdə Trampla yanaşı birinci xanım Melaniya Tramp, vitse-prezident Ceyms Devid Vens və Kerolayn Livitt də iştirak edib.

Tramp hesabında yazıb ki, baş verən atışma zamanı ABŞ administrasiyasından heç kim xəsarət almayıb. Hər kəsin vəziyyəti əladır.

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarını "Washington Hilton" hotelindəki qəbulu zamanı atışmada şübhəli bilinən şəxsin fotolarını və videolarını "Truth Social" platformasında paylaşıb.

Paylaşılmış görüntülərdə əlləri arxasına qandallanmış vəziyyətdə yerdə uzanan kişi görünür.

Prezident həmçinin hadisə anını əks etdirən müşahidə kamerasının videosunu da paylaşıb. Görüntülərdə silahlı kişinin təhlükəsizlik məntəqəsindən keçməyə çalışdığı, daha sonra təhlükəsizlik işçilərinin ona atəş açdığı görünür.

"New York Post" qəzetinin jurnalisti Kerol Markoviçin məlumatına görə, şübhəli Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Koul Tomas Allendir. O, həbs olunub.

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının "Washington Hilton" hotelindəki qəbulunda baş verən atışma hadisəsinin Amerikanın İrana qarşı hərbi əməliyyatı ilə əlaqəli olduğuna şübhə ilə yanaşdığını bildirib.

O, bu barədə hadisədən sonra keçirilən mətbuat konfransında bildirib.

"Belə düşünmürəm, amma heç vaxt bilmirsən", - Amerika lideri jurnalistlərin sualını cavablandırarkən bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…