Əsas məzmuna keç

"Tottenhem" "Mançester Siti"nin futbolçusunu heyətinə qatmaq istəyir

"Tottenhem" "Mançester Siti"nin futbolçusunu heyətinə qatmaq istəyir

London təmsilçisi braziliyalı cinah oyunçusu Savio ilə transfer danışıqlarını davam etdirir.

en ru

İngiltərənin “” klubu heyətini gücləndirmək istiqamətində bazarında fəaliyyətini davam etdirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təmsilçisi hazırda “”nin cinah oyunçusu Savio ilə bağlı danışıqlar aparır. Məlumata görə, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında hələlik yekun razılaşma əldə olunmasa da, “Tottenhem” transfer üzrə danışıqları intensiv şəkildə davam etdirir.

Qeyd olunub ki, 22 yaşlı braziliyalı futbolçu London klubuna keçməyə razılıq verib. Onun “Mançester Siti” ilə mövcud müqaviləsinin 2031-ci ilə qədər qüvvədə olduğu bildirilir.

Məlumata əsasən, Savio ötən mövsüm bütün turnirlər üzrə 36 matçda meydana çıxıb. O, bu oyunlarda 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bildirilib ki, futbolçunun transferi yüksək maliyyə tələb edə bilər. “Transfermarkt” portalının məlumatına görə, braziliyalı cinah oyunçusunun bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…