"Tottenhem" klubu ilə "Liverpul"un sol cinah müdafiəçisi Endryu Robertson arasında ilkin razılıq əldə olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflərin 2028-ci ilə qədər müqavilə imzalayacağı gözlənilir.
Şotlandiyalı futbolçu iyul ayından etibarən azad agent statusunda London təmsilçisinə qoşulmağa hazırdır.
Lakin keçidin reallaşması üçün bir əsas şərt irəli sürülüb. "Tottenhem" mütləq "Premyer Liqa"da yerini qorumalıdır.
Qeyd edək ki, hazırda 32 yaşı olan Robertson "Liverpul" heyətində doqquzuncu mövsümünü keçirir.