Əsas məzmuna keç

Texasda fövqəladə vəziyyət elan edildi

Texasda fövqəladə vəziyyət elan edildi

Qubernator Qreq Ebbott dizel yanacağı qiymətlərinin 5,97 dollara çatması ilə bağlı qadağaları ləğv etdi. Fermerlər üçün yeni güzəştlər nələri dəyişəcək?

en ru

ABŞ-nin ştatında yanacağının qiymətlərinin rekord həddə yüksəlməsi fonunda fövqəladə vəziyyət elan edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Texas qubernatoru bildirib ki, Texasın kənd təsərrüfatı və yükdaşıma sektorları dizel yanacağından ciddi şəkildə asılıdır və rekord qiymətlər hər iki sahə üçün risk yaradır, eyni zamanda ştat sakinlərinin xərclərini artırır.

"İndi fermerlər və yük maşını sürücüləri Texas yollarında boyalı dizel yanacağından istifadə edə biləcəklər", - qubernator bildirib.

Qeyd edək ki, boyalı dizel yanacağından əsasən kənd təsərrüfatında istifadə olunur və o, motor yanacağı vergisindən azaddır. Texas qanunvericiliyinə əsasən, bu yanacağın ümumi istifadədə olan yollarda istifadəsi qadağandır. Lakin qubernatorun qərarı ilə bu məhdudiyyət və onunla bağlı cərimələr müvəqqəti olaraq aradan qaldırılıb.

Amerika Assosiasiyasının məlumatına görə, ABŞ-də dizel yanacağının qiyməti sentyabr ayında kəskin artmağa başlayıb.

Bir il əvvəl Texasda dizelin bir qallonunun (təxminən 3,8 litr) orta qiyməti 3,16 dollar olduğu halda, sentyabrın 19-da bu göstərici rekord həddə - 5,97 dollara yüksəlib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…