Əsas məzmuna keç

Test pilotu Bayramoğlu: KAAN-ı ən təsirli silah edəcəyik

Test pilotu Bayramoğlu: KAAN-ı ən təsirli silah edəcəyik

Türkiyənin milli döyüş təyyarəsi KAAN yüksək sürətli sınaqlarından sonra səmaya qalxacaq. Yerli və milli proqram və avadanlıqlarla təchiz ediləcək KAAN ən...

Türkiyənin milli döyüş təyyarəsi yüksək sürətli sınaqlarından sonra səmaya qalxacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yerli və milli proqram və avadanlıqlarla təchiz ediləcək KAAN ən təsirli silaha çevriləcək.

KAAN-ın kreslosunda əyləşən sınaq pilotu Gökhan Bayramoğlu bu vəzifəni yüksək təcrübə ilə yerinə yetirdiklərini söyləyib.

"Biz əvvəlcə KAAN-ı uçurmalıyıq. KAAN-ı uçurmaq üçün mühərrikləri sınaqdan keçirməliyik. Mühərriklərimizin, təyyarələrimizin və digər sistemlərimizin bir-biri ilə inteqrasiyasını təmin etməliyik. Biz buna nail olduq".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…