Əsas məzmuna keç

Prokurorluq Tərtərdə sursatın partlaması ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Prokurorluq Tərtərdə sursatın partlaması ilə bağlı məlumat yayıb - YENİLƏNİB

ilkin araşdırma zamanı qeyd olunan ərazidə tikinti işlərinə cəlb olunan 1986-cı il təvəllüdlü Əsgərov Məhsin Həsən oğlunun ərazidəki sursatın partlaması...

Mayın 27-də rayonunun Çaylı kəndi ərazisində baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Tərtər rayon prokurorluğuna istinadən xəbər verir ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə tikinti işlərinə cəlb olunan 1986-cı il təvəllüdlü Məhsin Həsən oğlunun ərazidəki sursatın partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

17:14***

Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində , Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…