Tərlan Əhmədov üçün yubiley oyunu

Tərlan Əhmədov üçün yubiley oyunu
06.03.2023 11:30
Aa
dəq

“Kəpəz” Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sabah”a uduzub (0:2).

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin qarşılaşma Gəncə təmsilçisinin çalışdırıcısı Tərlan Əhmədov üçün əlamətdar olub. O, Azərbaycan çempionatında 200-cü oyununu keçirib.

52 yaşlı mütəxəssis Premyer Liqada 2013/14 mövsümündə AZAL-ın “sükanı arxasında” debüt edib. Sonradan “Neftçi” və “Keşlə”ni çalışdıran Əhmədov 2022/23 mövsümündə “Kəpəz”in baş məşqçisi təyin edilib.

Azərbaycan çempionatında 10-cu mövsümünü keçirən Tərlan Əhmədovun komandaları ümumilikdə 61 qələbə qazanıb, 51 heç-heçə edib və 88 dəfə uduzub. O, ölkə çempionatının tarixinə ən azı 200 matç keçirən 10-cu baş məşqçi kimi düşüb.

Xatırladaq ki, Tərlan Əhmədovun Premyer Liqadakı debütü 2014-cü il martın 23-də gerçəkləşib. Həmin matçda AZAL evdə “Bakı”ya məğlub olub (1:2).

Həftənin ən çox oxunanları

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu

"Mançester Yunayted" ulduz futbolçularını itirə bilər

DAVAMIN OXU davamın oxu