Britaniyalı ağır çəkili boksçular Tayson Fyuri və Entoni Coşua qarşıdakı döyüşləri öncəsi ilk dəfə üz-üzə dayanıblar.
BoxingScene-in yaydığı videoya əsasən, görüş sakit və pozitiv atmosferdə keçib. Boksçular əvvəlcə bir müddət səssiz şəkildə bir-birinə baxıblar. Daha sonra aralarında qısa dialoq yaranıb və görüş qarşılıqlı gülüşlə yekunlaşıb.
Fyuri ilə Coşua arasındakı döyüş dekabrın 11-də Kardiffdə keçiriləcək.
Tayson Fyuri daha əvvəl WBC, WBA Super, IBF, WBO və IBO versiyaları üzrə dünya çempionu olub. Entoni Coşua isə IBF, WBA, WBO və IBO kəmərlərinə sahib çıxıb.