21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Rəşad Eyubovun baş məşqçisi olduğu komanda səfərdə Şotlandiyanın U-21 yığması ilə qarşılaşıb. Kilmarnok şəhərində keçirilən görüş Azərbaycan millisinin 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan yığmasının qollarını Nəriman Axundzadə 21-ci, Raul Məmmədov isə 70-ci dəqiqədə vurub.
Bu nəticədən sonra Azərbaycan millisi 9 oyundan 7 xalla qrupda beşinci pillədə qərarlaşıb. Şotlandiya isə 14 xalla üçüncü sıradadır.