Əsas məzmuna keç

Tadiçin yeni komandası bəlli oldu

Tadiçin yeni komandası bəlli oldu

37 yaşlı yarımmüdafiəçi "Əl-Vəhda" komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. İddiaya görə,...

Bu yay Türkiyənin "Fənərbağça" klubundan serbiyalı futbolçu Duşan Tadiç karyerasını Birləşmiş Əmirliklərində davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi "Əl-Vəhda" komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.

Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. İddiaya görə, futbolçu yeni komandasında hər mövsüm üçün 7 milyon avro məvacib alacaq.

Qeyd edək ki, Duşan Tadiç karyerası ərzində Niderlandın "Qroningen", "Tvente" və "Ayaks" klublarında, həmçinin İngiltərənin "Sauthempton" komandasında da çıxış edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…