Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Suriya-İsrail danışıqları niyə ləngiyir? – Əsas səbəb açıqlandı

2 dəq
Paylaş:
Suriya-İsrail danışıqları niyə ləngiyir? – Əsas səbəb açıqlandı

Suriya ilə İsrail arasında münasibətlərin normallaşdırılması və sazişi üzrə aparılan danışıqların hələlik dalana dirənmədiyi, lakin ciddi çətinliklərlə üzləşdiyi bildirilir.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Suriya Prezidenti Əhməd əl-Şaraa Türkiyədə keçirilən 5-ci Antalya Forumunda çıxışı zamanı bildirib ki, Dəməşq regional sabitliyi təmin edəcək razılaşmasına nail olmağa sadiqdir.

O qeyd edib ki, danışıqlar tamamilə iflasa uğramayıb, lakin İsrailin Suriya ərazisində mövcudluğunu davam etdirmək istəyi prosesi çətinləşdirir.

Əl-Şaraa İsrailin Suriyaya qarşı sərt mövqe sərgilədiyini iddia edib, lakin Suriya tərəfinin güc tətbiq etmək niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, Dəməşq ikitərəfli münasibətlərin diplomatik normallaşdırılması istiqamətində səyləri davam etdirəcək.

O, eyni zamanda ilə bağlı mövzuya toxunaraq Kiyev və Dəməşq arasında Suriya limanları vasitəsilə ərzaq və zəruri malların ixracı üçün platforma yaradılması təşəbbüsünün müzakirə olunduğunu bildirib.

Bundan başqa, İdlibdə sənaye əməkdaşlığını gücləndirmək məqsədilə Suriya ilə arasında azad ticarət zonasının yaradılması istiqamətində iş aparıldığı qeyd olunub.

Əl-Şaraa Türkiyənin regional rolunu yüksək qiymətləndirərək, ölkənin diplomatik təşəbbüslər vasitəsilə həm regional, həm də qlobal sabitliyə töhfə verdiyini bildirib. O, həmçinin türk şirkətlərinin Suriya infrastrukturunun bərpasında iştirak etdiyini vurğulayıb.

Müsahibədə o, Yaxın Şərq ölkələrini ticarət yollarının bərpası və ABŞ–İran gərginliyinin təsirlərinin azaldılması üçün Suriyanın logistika imkanlarından istifadə etməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax