Əsas məzmuna keç

İsrail və Livan arasında atəşkəsi alqışladılar

İsrail və Livan arasında atəşkəsi alqışladılar

Pakistan liderləri Asif Əli Zərdari və Şahbaz Şərif Yaxın Şərqdəki sülh addımını dəstəklədi. Trampın elan etdiyi razılaşma regionda gərginliyi bitirəcəkmi?

en ru

prezidenti Asif Əli və Şahbaz İsrail və Livan arasında on günlük atəşkəsi alqışlayıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Zərdari bildirib ki, Livandakı atəşkəs Yaxın Şərqdə gərginliyin azaldılması və sabitliyə doğru atılan addımdır:

"Pakistan Livanın suverenliyini dəstəkləyir və regionda davamlı sülhə nail olmaq üçün İranla ABŞ arasında gərginliyi azaltmaq səylərini davam etdirir".

Şərif İsrail və Livan arasında atəşkəsin Yaxın Şərqdə davamlı sülhə yol açacağına ümid etdiyini bildirib.

"Pakistan Livanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir və Yaxın Şərqdə müharibəyə son qoymaq üçün bütün səyləri dəstəkləməyə davam edəcək", - o qeyd edib.

Xatırladaq ki, 16 apreldə ABŞ prezidenti Tramp İsrail və Livanın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…