Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Dəməşq İsrailə qarşı güc tətbiq etmək niyyətində deyil"

2 dəq
Paylaş:
"Dəməşq İsrailə qarşı güc tətbiq etmək niyyətində deyil"

" ilə İsrail arasında münasibətlərin normallaşdırılması və sazişinin bağlanması üzrə danışıqlar hələ ki, dalana dirənməyib, lakin ciddi çətinliklərlə üzləşir".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa deyib.

"Biz regional sabitliyi qoruyacaq təhlükəsizlik razılaşmasına nail olmağa sadiqik. Danışıqlar hələ ki, çıxılmaz vəziyyətə düşməyib, lakin İsrailin Suriya ərazisindəki mövcudluğunu qorumaq üçün davamlı istəyi səbəbindən ciddi çətinliklərlə üzləşirlər", - o qeyd edib.

Şaraa əlavə edib ki, İsrail Suriyaya qarşı həddindən artıq sərt davranır:

"Dəməşq İsrailə qarşı güc etmək niyyətində deyil və Livanda davam edən gərginliyə baxmayaraq, ikitərəfli münasibətlərin sırf diplomatik normallaşdırılması istiqamətində çalışmağa davam edəcək".

mövzusuna toxunaraq, keçid dövrü prezidenti qeyd edib ki, Kiyev və Dəməşq arasında əsas təşəbbüs Suriya limanları vasitəsilə zəruri malların və ərzaq məhsullarının ixracı üçün platforma yaratmaqdır.

Bundan əlavə, o bildirib ki, hazırda İdlibdə sənaye əməkdaşlığını təşviq etmək üçün Suriya ilə arasında azad ticarət zonasının yaradılması üzərində iş gedir.

Əl-Şara həmçinin diplomatik forumun Antalyada keçirilməsini və Türkiyənin regiondakı rolunu yüksək qiymətləndirib.

"Türkiyə bu cür tədbirlər vasitəsilə regional və qlobal sabitliyə töhfə verir. Türkiyə həqiqətən də regionda və qlobal miqyasda əhəmiyyətli rol oynayır. Türk şirkətləri Suriya infrastrukturunun bərpasında fəal iştirak edirlər", - o qeyd edib.

Əl-Şara həmçinin Yaxın Şərq ölkələrini ticarət yollarını bərpa etmək və ABŞ ilə İran arasındakı münaqişənin nəticələrini aradan qaldırmaq üçün Suriyanın logistika imkanlarından istifadə etməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax