Əsas məzmuna keç

Vyanada Misir kraliçasına məxsus qiymətli boyunbağı oğurlanıb

Vyanada Misir kraliçasına məxsus qiymətli boyunbağı oğurlanıb

Avstriya polisi 673 brilyantla bəzədilmiş 200 karatlıq nadir zinət əşyasını oğurlayan iki şəxsi axtarır.

en ru

Avstriyanın paytaxtı Vyanada yerləşən Tətbiqi Sənətlər Muzeyində (MAK) maskalı olmayan iki şəxsin qiymətli boyunbağı oğurlaması ilə bağlı hadisə baş verib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, iki şübhəli muzeyin iş saatlarında bilet alaraq içəri daxil olub və çəkiclə vitrini sındıraraq Misir kraliçası Nazlıya məxsus qiymətli boyunbağını götürüb. Hadisə zamanı salonda çoxsaylı ziyarətçilərin olmasına baxmayaraq, xəsarət alan olmayıb.

şübhəlilərin saxlanılması üçün Vyana şəhər mərkəzində genişmiqyaslı axtarış tədbirləri həyata keçirir. İlkin istintaq versiyasına əsasən, oğruların cinayətkar qruplaşmanın sifarişi ilə hərəkət etdiyi ehtimal olunur. Axtarışlarda xüsusi təlim keçmiş itlərdən də istifadə edildiyi bildirilir.

Oğurlanan boyunbağı 200 karatlıq platin üzərində 673 brilyantla bəzədilib. əşyası 1939-cu ildə Misir kraliçası Nazlı tərəfindən qızı Fevziyənin İran şahı Məhəmməd Rza Pəhləvi ilə toy mərasimində taxılıb.

2015-ci ildə “Sotheby’s” hərrac evində 4,3 milyon dollara satılan boyunbağı fransız zərgərlik brendi “Van Cleef & Arpels”in 120 illik tarixinə həsr olunmuş sərgidə nümayiş etdirilirdi.

Hadisədən sonra muzey rəhbərliyi sentyabrın 27-dək davam etməsi planlaşdırılan sərgini müvəqqəti olaraq bağlayıb və nəzərdə tutulan ekskursiyaları ləğv edib.

Qeyd edək ki, son dövrlərdə Avropa muzeyləri yüksək profilli oğurluqların hədəfinə çevrilir. “Europol”un məlumatına görə, cinayətkarlar qiymətli eksponatları ələ keçirmək üçün daha aqressiv üsullardan, o cümlədən silah, balyoz və partlayıcılardan istifadə edirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…