Əsas məzmuna keç

"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazandı

"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazandı

Tofiq Bəhramov adına stadionda dramatik qarşılaşma: "Sabah" İsrailin "Hapoel" klubunu əlavə vaxtda məğlub edərək Çempionlar Liqasında tarix yazdı.

en ru

"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "" (Beer-Şeva) kollektivini qəbul edib.

adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı təmsilçisinin qələbəsi ilə bitib - 3:2

Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.

Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.

Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.

Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…