Əsas məzmuna keç

Şuşada 27 abidə bərpa edildi

Şuşada 27 abidə bərpa edildi

Aydın Kərimov Qarabağın mədəniyyət paytaxtında aparılan genişmiqyaslı yenidənqurma işlərindən danışdı. Şuşadakı memarlıq incilərinin son vəziyyəti ilə tanış olun.

en ru

Şuşa azad olunduqdan dərhal sonra orada bərpa-quruculuq işləri başlanılıb və son bir neçə il ərzində çox sürətlə inkişaf edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, işğal nəticəsində şəhərlər və infrastruktur dağıdılıb, tarixi-mədəni irs məhv edilib, əhali məcburi köçkünə çevrilərək qırğınlara məruz qalıb, ekoloji tarazlıq pozulub, sosial-iqtisadi həyat iflic vəziyyətinə düşüb, həmçinin tarixi kimliyə və mədəni yaddaşa ciddi ziyan dəyib.

“Şuşada 200-ə yaxın tarixi və abidəsi mövcuddur və onların əksəriyyəti işğal dövründə dağıdılaraq zərər görüb. Hazırda Tut bağında 7 məscid, 6 bulaq, 7 mədəniyyət obyekti, Şuşa qalası, Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin məqbərə kompleksi və Xanlıq Muxtar karvansarası daxil olmaqla ümumilikdə 27 abidə bərpa olunub”,- deyə o diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…